RU
Pentaqon: Rusiya son həftədə Ukraynaya 17 batalyon taktiki qrup yerləşdirib
01:00
1364

Pentaqon: Rusiya son həftədə Ukraynaya 17 batalyon taktiki qrup yerləşdirib

Rusiya qüvvələri son həftə ərzində Ukraynaya 17 əlavə batalyon taktiki qrup (BTQ) yerləşdirib.

7NEWS.Az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib.
Qeyd edilib ki, son 24 saat ərzində Rusiya Ukraynaya 4 yeni BTQ cəlb edib ki, onlardan üçü ölkənin şərqinə - Donbas regionuna yerləşdirilib.

Bununla da Rusiyanın Ukraynanın daxilindəki BTQ-lərinin sayı 82-yə çatıb.

Pentaqon rəsmisi əlavə edib ki, bu BTQ-lərin hamısı yalnız piyadalardan ibarət deyil.

"Onlar fuksional baxımdan təşkilatlandırılıb. Bəziləri piyada, bəziləri artilleriya, bəziləri zirehli, mexanikləşdirilmiş və.s qruplardır” – məlumatda bildirilir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ