RU
Pentaqon: “Sarmat” raketi ABŞ və müttəfiqləri üçün təhdid yaratmır
02:30
1318

Pentaqon: “Sarmat” raketi ABŞ və müttəfiqləri üçün təhdid yaratmır

ABŞ Müdafiə Nazirliyi Rusiyanın yeni "Sarmat” ballistik raketinin uçuş sınağına münasibət bildirib.

7NEWS.Az-ın BBC-yə istinadən xəbərinə görə, Pentaqon Rusiyanın bu addımının ABŞ və müttəfiqləri üçün təhdid təşkil etmədiyini bildirib. Qeyd olunub ki, Rusiya sınaqla bağlı nüvə razılaşması öhdəliklərinə müvafiq olaraq Vaşinqtonu əvvəlcədən lazımi qaydada məlumatlandırıb.
"Bu sürpriz deyildi”, - deyə Pentaqonun mətbuat katibi Con Kirbi deyib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ