RU
Pentaqon Türkiyənin müdafiəsinə qalxdı
22:31
501

Pentaqon Türkiyənin müdafiəsinə qalxdı

ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) əlində Türkiyənin İŞDİ terrorçularından neft almasını təsdiqləyəcək heç bir fakt yoxdur.

Bu barədə Pentaqonun mətbuat katibi Elissa Smit bildirib.

“Biz Türkiyə hökumətinin neft qaçaqmalçılığı üçün anlaşma içində olması haqda ehtimalları rədd edirik. Biz bu ittihamların xeyrinə heç bir fakt görməmişik” – qeyd edib mətbuat katibi.
Onun sözlərinə görə, Ankara öz beynəlxalq tərəfdaşları ilə birgə Suriya ilə sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün tədbirlər görür.

“Bizim məqsədimiz – İŞİD qaçaqmalçılığının qarşısını almaqdır” – əlavə edib Pentaqon rəsmisi.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ