RU
Pentaqon Ukraynaya 500 milyon dollarlıq yeni yardım paketini açıqlayıb
11:54
44

Pentaqon Ukraynaya 500 milyon dollarlıq yeni yardım paketini açıqlayıb


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya təxminən 500 milyon dollar dəyərində yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb. 

7NEWS.az xəbər verir ki, Pentaqonun verdiyi açıqlamada bildirilib ki, Ukraynaya ayrılan yeni yardım paketinə "Ukraynanın əks-hücum əməliyyatlarını dəstəkləmək və hava hücumundan müdafiəni gücləndirmək üçün lazım olan əsas silahlar”, əlavə zirehli texnika, tank əleyhinə silahlar və sursatlar var. 

Yeni paketə Patriot raketləri, HIMARS raketləri və Stinger raketləri də daxildir. 

Ukrayna əlavə olaraq 30 Bradley zirehli piyada maşını, 25 Stryker zirehli texnikası, tank əleyhinə "Javelin” raketləri, təyyarə və artilleriya sursatları, tüfənglər, termal kameralar, gecəgörmə cihazları və ehtiyat hissələri alacaq. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ