RU
Pentaqon xəbərdarlıq etdi — Şimali Koreyanı güclü zərbə gözləyir
12:30
484

Pentaqon xəbərdarlıq etdi — Şimali Koreyanı güclü zərbə gözləyir

ABŞ-ın müdafiə nazirliyi Şimali Koreyanı güclü zərbə endirəcəyi barədə xəbərdar edib.

Bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bəyanat verib.

Bəyanatda deyilir:

"ABŞ heç vaxt Şimali Koreyanın nüvə silahı proqramı ilə barışmayacaq və onun istifadəsi halında güclü və effektiv zərbə endirməyə hazırdır".
Nazirin sözlərinə əsasən, nüvə proqramı Şimali Koreyanın təhlükəsizliyini möhkəmləndirməyəcək, əksinə, təhlükəsizliyinə zərbə endirəcək.

Pentaqon rəhbəri "İllyuziya qurmayın, ABŞ və ya onun müttəfiqlərindən birinə istənilən hücum dəf ediləcək"-deyə qeyd edib./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ