RU
Pentaqonun yeni rəhbəri - Tramp təyinatı açıqladı
18:56
356

Pentaqonun yeni rəhbəri - Tramp təyinatı açıqladı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilmiş prezidenti Donald Tramp nəhayət ki, öz administrasiyasında yeni müdafiə nazirini təyin edib.

Uzun sürən götür-qoydan sonra o, bu posta dəniz piyadaları korpusunun ehtiyatda olan generalı Ceyms Mettisi layiq görüb. Bu şəxs ölkəsində "quduz köpək” ləqəbi ilə tanınır. Maraqlıdır ki, Tramp da tərəfdarlarına bu barədə məlumat verərkən, Mettisi "quduz köpək” kimi təqdim edib:

"Biz "quduz köpək” Mettisi Müdafiə nazirimiz təyin etmək istəyirik”.

Tramp, Mettisi dahi generallardan biri kimi xarakterizə edib.

Qeyd edək ki, general 40 ildən çox idi ki, dəniz piyadası korpusunda qulluq edirdi. O, Yaxın Şərqdəki bir çox hərbi münaqişələrdə şəxsən iştirak edib.

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ