İsrailin sabiq prezidenti Şimon Peres ölümündən əvvəl könüllü olaraq bütün orqanlarını bağışlayıb.
7News.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu onun həkimi və kürəkəni Rafi Valdman deyib.
Onun sözlərinə görə, ailəsi ölümündən sonra onun gözlərinin buynuz qişasının transplantasiyasına icazə verib.
Qeyd edək ki, İsrailin keçmiş prezidenti Şimon Peres bu gün 94 yaşında Təl-Əvivdə vəfat edib.








