RU
Perinçək:
01:10
436

Perinçək: "Türkiyənin gələcəyinə sui-qəsd hazırladılar"

Rəsmi Ankara Su-24 təyyarəsini vuraraq Türkiyənin gələcəyinə qarşı sui-qəsd hazırladı.

Bu sözləri Türkiyənin Vətən partiyasının sədri Doğu Pərinçək deyib.

“Rusiya təyyarəsini vuranda İsrailin qucağına oturmalıydınız. Rusiya təyyarəsi əslində Ərdoğanın başına düşdü. Orada Rusiya təyyarəsi vurulmadı, orada Türkiyənin gələcəyinə qarşı sui-qəsd etdilər. Siz belə etdiyiniz halda, Yaxın Şərqdə kiminlə müttəfiq olacaqsınız? İran, İraq, Suriya, Rusiya, Livanla, yəni Yaxın Şərqdəki ölkələrin bötüvlüyünü istəyən dövlətlərlə müttəfiq olmağı rədd edərsiniz. Kim qalır bəs? ABŞ və İsrail. İsraillə yaxınlaşma Ərdoğan rejiminin Türkiyəni hədəf alan planıdır”, - Pərinçək qeyd edib.

Pərinçək onu da əlavə edib ki, PKK və İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani İsrailin strateji fiqurlarıdır:

“Türkiyənin bölünməsini özündə ehtiva edən Kürdüstan layihəsi İsrailin əsas planıdır. İsraillə əməkdaşlıq edənlər Türkiyənin bölünmə planına xidmət edirlər”./axar

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ