"Rolexgate" adlı korrupsiya istintaqı çərçivəsində Boluartenin evinə basqının ardından 6 nazir vəzifələrindən istefa verdiklərini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Peruda prezident Dina Boluarteyə qarşı korrupsiya istintaqının ardından daxili işlər naziri Viktor Torres və təhsil naziri Miriam Ponce də daxil olmaqla 6 nazir tutduqları vəzifələrdən istefa verdiklərini açıqlayıblar. AA-nın məlumatına görə, Torres jurnalistlərə açıqlamasında istefasının ailə problemi ilə bağlı olduğunu, digər nazirlərin isə məsələ ilə bağlı məlumat paylaşmadığını bildirib.
7NEWS.az








