RU
Peruda avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 29-a çatıb
01:20
1529

Peruda avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 29-a çatıb

Perunun mərkəzində avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.

Bu barədə "Andina” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, avtobus sürücüsü sürət həddini aşıb. Hadisə yeri çətin keçilən relyefə malik olduğundan xilasetmə əməliyyatı bütün gün davam edib.

Qeyd edək ki, bundan əvvəl "Gestion” qəzeti yol polisinin rəisi Manuel Losadaya istinadən qəzada 17 nəfərin ölməsi barədə məlumat vermişdi. Bildirilir ki, Uanuko şəhərindən paytaxta gedən avtobus təpəyə çırpıldıqdan sonra dərəyə düşüb. Avtomobilin sürücüsünün maşını sürərkən yuxuya getdiyi də ehtimal olunur.


7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ