RU
Peruda sabiq Baş nazir prezident
17:34
1222

Peruda sabiq Baş nazir prezident

Sağ-mərkəzçi “Perulular dəyişiklik naminə” partiyasının namizədi, sabiq Baş nazir Pedro Pablo Kuçinski Peruda keçirilən prezident seçkilərinin 2-cü turunda qələbə qazanıb. Bu barədə Seçki Proseslərinin Mərkəzi Ofisi məlumat verib.

7news.Az  Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, səsvermənin nəticəsinə görə Kuçinski seçicilərin 50,12 faizinin, onun rəqibi Keyko Fuximori (Perunun həbsxanada cəza çəkən sabiq prezidenti Alberto Fuximorinin qızı) isə vətəndaşların 49,88 faizinin etimadını qazanıb.

Xatırladaq ki, iyunun 5-də Peruda prezident seçkilərinin 2-ci turu keçirilib. Səslərin hesablanması ucqar rayonlardan, həmçinin xaricdən bülletenlərin gətirilməsi səbəbindən ləngiyib. Bununla yanaşı, namizədlərə verilən səslər arasında fərq çox cüzi olub və Kuçinskinin qələbəsi yalnız indi təsdiqlənib.

Perunun yeni dövlət başçısının inauqurasiyası iyulun 28-nə təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ