Ölkənin ən cazibədar və qalmaqallı aktrisalarından olan Pərvin Abıyeva yeni fotosessiya etdirib.
7News.Az xəbər verir ki, əynində sadəcə çəhrayı pencək və qara kapron corab olan Abıyeva kameraların qarşısına keçib.
Fotosessiya zamanı lentə alınan qısa fraqmenti aktrisa şəxsi Instagram səhifəsində paylaşıb.
Paylaşım qısa zamanda minlərlə baxış toplayıb və müzakirələrə səbəb olub.








