RU
Pervin Buldan sərbəst buraxıldı - Yenilənib
12:42
459

Pervin Buldan sərbəst buraxıldı - Yenilənib

Bu gün səhər saatlarında polis tərəfindən saxlanılan Türkiyə Böyük Millət Məclisinin sədr müavini, Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili Pərvin Buldan sərbəst buraxılıb.
 
7News.Az "Habertürk"-ə istinadən xəbər verir ki, Pervin Buldan İstanbulun Bakırköy Məhkəməsində ifadə verdikdən sonra sərbəst buraxılıb. 

**

Türkiyə Böyük Millət Məclisinin sədr müavini, Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili Pərvin Buldan bu gün saxlanılıb. 
 
7News.Az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Pərvin Buldan bu gün səhər saatlarında polis əməkdaşlarının keçirdiyi anti-terror əməliyyat nəticəsində saxlanılıb.

Qeyd edək ki, bu günə qədər prokurorluq tərəfindən 15 HDP-li millət vəkili saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ