RU
Pərviz Həşimli prezident İlham Əliyevə təşəkkür etdi
13:14
1210

Pərviz Həşimli prezident İlham Əliyevə təşəkkür etdi

Prezident İlham Əliyevin əfv  sərəncamı ilə həbsdən  azad edilmiş  jurnalist  Pərviz Həşimli bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən evə buraxılıb.
 
Pərviz Həşimli əfv edilməsinə görə ölkə başçısı İlham Əliyevə, eyni zamanda həbsdə olduğu zaman onu müdafiə edən beynəlxalq təşkilatlara və jurnalistlərə təşəkkür edib.
 
"Azadlıq mənim haqqım idi. Həm yerli, həm də beynəlxalq ictimaiyyət mənim keçmiş MTN-dəki mütəşəkkil cinayətkar dəstə tərəfindən şərlənərək həbs olunduğumu bilirdi. Bu gün mənim azadlıq haqqım özümə qaytarıldı. Bunun üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm. Bundan başqa  mənə dəstək olan beynəlxalq  təşkilatlara, mənim azad edilməyim üçün müraciət etmiş 9 millət vəkilinə, jurnalistlərə, ümumiyyətlə mənə dəstək olan hər kəsə təşəkkür edirəm", -deyə Pərviz Həşimli qeyd edib./Avropa.info
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ