Bu gün Pakistan məhkəməsi ölkənin sabiq Prezidenti, general Pərviz Müşərrəfə bəraət verib.
7news.az Azərtac-a istinadən xəbər verir ki, Pərviz Müşərrəf 2007-ci ildə ölkədəki iğtişaşlar zamanı fövqəladə vəziyyət elan etməkdə, konstitusiyanın fəaliyyətini dayandırmaqda, Ali Məhkəmənin üzvlərinin tutulmasına əmr verməkdə günahlandırılırdı. O, həmçinin həmin ilin iyul ayında hökumət qüvvələrinin Qırmızı məscidə hücumu zamanı məscidin başçısı Abdul Rəşid Qazi, onun xanımı və anasının, o cümlədən Bəlucistan millətçilərinin lideri Akbar Buttinin ölümündə ittiham olunurdu.
Pakistanın keçmiş daxili işlər naziri Aftab Şerpao bildirib ki, ittiham edilən bütün maddələr üzrə dinləmələr keçirilib, Pərviz Müşərrəfin tam günahsız olduğu sübuta yetirilib.
Xatırladırıq ki, Pərviz Müşərrəf 2001-2008-ci illərdə Pakistanın Prezidenti olub.
7news.az








