RU
Peşə təhsilində yenilik:
12:54
1760

Peşə təhsilində yenilik:

Azərbaycanın rayonlarında peşə təhsili ilə bağlı kompleks regional mərkəzlər yaradılacaq.

Təhsil Nazirliyindən  verilən məlumata görə,  rayonlarda peşə məktəbləri birləşdirilərək kompleks regional mərkəzlər şəklində fəaliyyət göstərəcək. Bu məsələnin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da nəzərdə tutulub. Kompleks regional mərkəzlərdə bütün ixtisaslar, karyera mərkəzləri, məsləhətlər verən xüsusi xidmətlər və digər sahələr birləşəcək.Hazırda Bakıda peşə məktəblərinin rasionallaşdırılması üçün işlər görülür.Bakıda peşə təhsili üzrə bir ixtisas müxtəlif məktəblər arasında paylaşılıb. Bu da bir qədər səmərəsizlik yaradır. Biz onu kompleks şəkildə, məsələn, iqtisadi sahələrə uyğun olan ofisiant, barmen, aşpaz kimi ixtisasların 1 məktəbdə turizm və xidmət sahəsi üzrə kadrlar hazırlamasını istəyirik. Bundan əlavə, Bakıda Koreya məktəbi yaradılacaq ki, bu da Sənaye və innovasiyalar dövlət peşə tədris mərkəzi adlandırılacaq. Hələki bu mərkəz üçün bina tikilmək üzrədir. Bakı şəhərində rasionallaşma tədbirləri həyata keçiriləndən sonra regionlar üzrə işlərə başlanacaq./atv.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ