RU
Peşəkar boksçunu babası ilə birgə qətlə yetirdilər - VİDEO
17:00
412

Peşəkar boksçunu babası ilə birgə qətlə yetirdilər - VİDEO

Meksikanın Qvadalaxara şəhər polisi peşəkar boksçu kiçik Alexandro Qonsalesin meyidini tapıb.

23 yaşlı idmançının cəsədi evinin yanında qətlə yetirilmiş daha 2 şəxslə birgə yük maşınından aşkarlanıb.

Meyitlərdən biri baba Alexandroya məxsus olub.
Mərhum boksçu əvvəllər ikinci yüngül çəki dərəcəsində dünya çempionu tituluna namizəd olub. O, peşəkar rinqdəki döyüşlərindən 25 qələbə, 3 məğlubiyyət və 3 heç-heçə ilə ayrılıb. Alexandro Qonsales 2015-ci ildə İBF (Beynəlxalq Boks Federasiyası) versiyası üzrə görüşdə böyük britaniyalı Karl Fremptona uduzub.
Qeyd edək ki, ötən həftə ABŞ-ın Çikaqo şəhərində gənc və perspektivli boksçu Ed Braun da öldürülüb.//report

7News.az

Videonu izləmək üçün şəklə klikləyin:
Peşəkar boksçunu babası ilə birgə qətlə yetirdilər

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ