Rusiyada peşəkar idmançı Vitali Slobodinik izləyənləri dəhşətə gətirən şouya imza atıb. Novosibirisk şəhərində buz tutmuş yol üzərində avtomobilə kəndir bağlayan idmançı maşının hərəkətə gəlməsi ilə birgə yolda sürüşməyə başlayıb. Məsələ burasındadır ki, avtomobil saatda 130 kilometr sürətlə hərəkət edib.
Təbii ki, avtomobilin buzlu yolda saatda 130 kilometr sürətlə hərəkət etməsi təhlükəlidir. Ancaq onun xizəkçini eyni sürətlə arxasınca sürüşməsi daha böyük fəsada səbəb ola bilər. Ani bir diqqətsizlik və ya müvazinətin itməsi Slobodnikin həyatına son qoya bilərdi. Amma xoşbəxtlikdən bu baş verməyib.
Sən demə, xizəkçi ilk dəfə deyil ki, həyatını bu cür riskə atırmış. Bundan əvvəl buz üzərində saatda 140 kilometr sürətlə hərəkət etməyə müvəffəq olduğunu xatırladan Vitali o vaxt həmin görüntünü lentə almaq imkanlarının olmadığını bildirib. Heç kimə bunu təkrarlamamağı məsləhət görən idmançı yeni rekordlar vurmağa hazırlaşdığını bildirib./atv
7news.az








