Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov ABŞ rəsmilərinə sanksiya tətbiq edilməsinə münasibət bildirib.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.
"ABŞ Prezidenti Cozef Baydenə qarşı sanksiya tətbiq etməyimiz təmaslardan imtina etməyimiz deyil. Lazım gələrsə, əlaqələrimiz bərpa oluna bilər”, - o deyib.
Kreml sözçüsü həmçinin sanksiya tətbiq olunan şəxslərin siyahısının V.Putinlə razılaşdırıldığını əlavə edib.
7NEWS.Az







