RU
Peskov: Kiyev iyunun 2-də danışıqların aparılması təklifinə hələ cavab verməyib
16:50
73

Peskov: Kiyev iyunun 2-də danışıqların aparılması təklifinə hələ cavab verməyib

Rusiya iyunun 2-də İstanbulda danışıqların yeni raundunun keçirilməsi təklifinə Ukraynadan hələ cavab almayıb.

7News.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Bildiyiniz kimi, biz ikinci raund üçün bazar ertəsi, iyunun 2-də yenidən İstanbulda toplaşmağı təklif etdik, məndə olan məlumata görə, hələ cavab alınmayıb", - o qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ