"Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin təhlükəsizliyi üçün Roma statutunun qəbul edilməsinin zəruriliyi barədə əsaslandırması ilə qətiyyən razılaşmır".
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O deyib ki, Roma statutunun ikitərəfli sənədlər üzərində necə üstünlük təşkil edə bilməyəcəyinin həll yollarını tapmaq lazımdır.
Qeyd edək ki, bu gün Ermənistan parlamenti Roma statutunu ratifikasiya edib.








