RU
Peskov Putinin səfirin öldürülməsinə reaksiyasından danışdı
20:00
340

Peskov Putinin səfirin öldürülməsinə reaksiyasından danışdı

"Rusiya prezidenti Vladimir Putin səfir Andrey Karlovun Türkiyədə qətlə yetirilməsi xəbərini çox ağır şəkildə qəbul etdi”.

7news.Az "İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov "Mir” televiziyasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, V. Putin baş vermiş təxribatı şiddətlə qınayıb: "Prezident bunu terror aktı, insan faciəsi kimi dəyərləndirib. Buna görə də onun üçün çox ağır xəbər olub”.

Kremlin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, öldürülmüş diplomatı şəxsən tanıyıb: "Onun ölümü XİN, eləcə də Rusiya və Türkiyə münasibətləri üçün böyük itkidir”.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri, 62 yaşlı Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində qətlə yetirilib. Qatil 22 yaşlı türkiyəli polis Mevlüt Mert Altıntaş olub. Hücumdan sonra o, polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ