RU
Peskov Vardanyanın saxlanılmasına münasibət bildirdi
19:04
272

Peskov Vardanyanın saxlanılmasına münasibət bildirdi

Kremldən erməni əsilli iş adamı, Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin "dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmasına münasibət gəlib.

 Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, onda hər hansı məlumat yoxdur. 

"Onun saxlanılıb-saxlanılmaması, kim tərəfindən saxlanılması və Rusiya vətəndaşlığının olub-olmaması barədə məlumatım yoxdur",-deyə Peskov vurğulayb.

O əlavə edib ki, əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman saxlanması ilə bağlı məlumatlar Rusiya tərəfinə veriləcək.
Kreml spikerinin sözlərinə görə, o, Vardanyanın Rusiya vətəndaşlığını saxlayıb-saxlamadığına əmin deyil, çünki keçən ilin sentyabrında o, bundan imtina etmək niyyətində idi: "Əgər o, Rusiya vətəndaşlığından imtina edibsə, bu, başqa vəziyyətdir”.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ