RU
Peterburq terraktdan sonra: Rabitə kəsildi, əhali küçələrdədir- Soydaşımız xəbər verir
18:36
563

Peterburq terraktdan sonra: Rabitə kəsildi, əhali küçələrdədir- Soydaşımız xəbər verir

"Sankt-Peterburqda metro stansiyasında baş verən terror aktından sonra şəhərdə vəziyyət gərgindir. Telefon rabitəsi kəsilib, metro stansiyaları bağlandığına görə çox sayda insan küçələrdə qalıb”. 

Bunu Rusiyada yaşayan soydaşımız E.Vəliyeva bildirib. Onun sözlərinə görə, baş verən terror aktından sonra digər yerlərdə də bənzər hadisənin törədilməsi təhlükəsi ilə insanlar daha çox piyada hərəkət etməyə üstünlük verirlər. Həmçinin 8 metro stansiyası bağlanıb.

Mobil rabitədə də problemlər yaranıb. Ancaq mobil əlaqənin operatorlar tərəfindən təhlükəsizlik məqsədilə kəsildiyi, yoxsa yüklənmə nəticəsində problemin ortaya çxıdığı xəbər verilmir. //cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ