RU
Peterburq terrorunda ilginc nüans: Bu şəhərdə olan Putinə mesaj
18:09
640

Peterburq terrorunda ilginc nüans: Bu şəhərdə olan Putinə mesaj

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində metroda partlayış baş verib. Partlayışda azı 10 nəfər ölüb, 50 nəfər də yaralanıb. Hücumdan sonra maraqlı detallar da ortaya çıxıb.
 
7News.az xarici mətbuata istinadən xəbər verir ki, partlayışlar baş verən vaxt prezident Vladimir Putin də Sankt-Peterburqda olub. 

Putin Peterburqda Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Bu hadisədən sonra terror aktının "Putinə mesaj" olmasına dair  şübhələr meydana gəlib. 

Qeyd edək ki, Rusiya uzun müddətdir Suriyanın şimalında İŞİD-ə qarşı əməliyyatlar aparırdı. Bölgədə YPG-yə də dəstək verən Rusiya İŞİD tərəfindən tez-tez təhdid edilirdi. Bu hücumdan sonra da ən böyük şübhəli İŞİD olaraq qalır.
 
Digər tərəfdən, Rusiya Krımı işğal etməsinə görə, Ukrayna ilə də problemlər yaşayırdı. Bəzi dairələr hücumun altında Ukraynanın da ola biləcəyini iddia etsələr də, bu İŞİD-ə görə daha zəif bir ehtimaldır.//Cebhe.info 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ