Sosial şəbəkələrdə İsa Peyğəmbərin qəbrinin açılmasını göstərən video yayılıb. Araşdırmaçılar İslamda 5 ulul-əzm peyğəmbərdən biri, xristianlıqda Allahın bədənli mücəssəməsi, həmçinin Nazaretli Məsih kimi bilinən İsa Məsihin məzarının əvvəllər necə göründüyünü təyin etməyi planlaşdırırlar. 7News.Az xarici mətbuata istinadla xəbər verir ki, arxeoloqlar Müqəddəs Məzar kilsəsində İsa Məsihin basdırıldığı yerdəki mərmər plitəni götürüblər. Həmin plitənin altında çoxlu daşlar aşkar ediblər. Araşdırmaçılara görə, sözügedən daşlar İsa Məsihin üzərində basdırıldığı iddia edilən sal daşın parçalarıdır. Alimlər yaxın günlərdə həmin daş parçalarını birləşdirərək qəbrin orijinal görüntüsünü əldə etməyə çalışacaqlar.