7News.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı əldə etməsi ilə bağlı iddiaları “İran xalqına və ərazi bütövlüyünə qarşı qanunsuz və qeyri-insani təcavüzə haqq qazandırmaq üçün bəhanə” kimi qiymətləndirib. Pezeşkian, "Müharibənin tamamilə bitməsini, bölgədə təhlükəsizlik və sülhün bərqərar olmasını istəyirik. Qardaş və müsəlman ölkələrin köməyi ilə bölgəni düşmənlərimizin axtardığı fəlakətdən xilas etməyi ümid edirik" dedi.