7NEWS.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian internet bağlantısı vasitəsilə amerikalı jurnalist Taker Karlsonun proqramına çıxıb. Pezeşkian İsrailin ona sui-qəsd cəhdi edib-etməməsi ilə bağlı suala "Bəli, buna cəhd etdilər və buna uyğun davrandılar, amma bacarmadılar” deyə cavab verib. Pezeşkian deyib ki, İsrail ABŞ rəsmilərinə İranın nüvə silahı hazırladığına dair inam aşılayıb.








