"Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və inciklikləri bir kənara qoyaq".
İran Prezidenti bildirib ki, bölgə ölkələri ilə düşmənçilikləri yoxdur:
"Qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək".
O, hücumların İranın silahlı qüvvələri tərəfindən müstəqil şəkildə edildiyini bildirib.








