Britaniyanın “Easy Jet” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi ekipaj komandirinin huşunu itirməsi səbəbindən Venesiyadakı Marko Polo aeroportuna məcburi eniş edib.
Londonun Qatvik aeroportundan qalxan təyyarəni Marko Polo hava limanına ikinci pilot endirib.
Təyyarədə olan 164 sərnişinin heç biri xəsarət almayıb. Huşunu itirən ekipaj komandiri xəstəxanaya yerləşdirilib./trend
7news.az








