RU
Pirallahıda inzibati binadan 4 000 manatlıq oğurluq olub
13:40
38

Pirallahıda inzibati binadan 4 000 manatlıq oğurluq olub

Yanvarın 18-nə keçən gecə Pirallahı rayonu ərazisində idarələrdən birinə məxsus 4000 manat dəyərində naqilin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nəriman Umudov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ