RU
Pirallahıda qonşusunun uşağını zorlayaraq, basdıran şəxs ömürlük cəza alıb
17:45
4105

Pirallahıda qonşusunun uşağını zorlayaraq, basdıran şəxs ömürlük cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Yakov Çernovun (1983-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürmə), 120.2.9,( təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) 150.3.3 (seksual xarakterli zorakılıq hərəkətləri. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 


7news.az xəbər verir ki,bu il mayın 28-də Pirallahı RPŞ-nin əməkdaşları Yakov Çernova məxsus həyətyanı sahədə qonşuluqda yaşayan A.G-nin (2010-cu il təv.) meyitini aşkar ediblər. Məlum olub ki, qız ötən gün axşamdan yoxa çıxıb, valideynləri və qonşuları onu gecəyədək axtarsala da tapa bilməyiblər, səhər saat 4 radələrində isə qızın atası qonşuluqda yaşayan Çernovun həyətində lopatka səsi eşidib və çölə çıxdıqda, onun torpağa nə isə basdırdığını görüb. Ondan nə etdiyini soruşduqda, sonuncu ona acıqlı cavab qaytarıb, buna görə zərərçəkən dərhal polisə məlumat verib. Saxlanılan Yakov Çernov əvvəl hər şeyi danıb və qızın ölümündən xəbərsiz olduğunu deyib, lakin sonra cinayət əməlini etiraf edib. Qonşular da Yakovun belə ağır hadisə törədə biləcəyinə inanmayaraq. bildiriblər ki, o sakit həyat tərzi sürən, qapalı bir adam olub. 

İstintaqın gedişatında məlum olub ki, həmin gün iki şüşə pivə içəndən sonra sərxoş olan Yakov Çernov qonşuluqda yaşayan 5 yaşlı qızın həyətdə tək oynadığını görüb və onun yanına gedərək, başına aldatmaq yolu ilə özünə məxsus evə gətirib. Yakov uşağı zorlayandan sonra, qısqırıq səsini kəsmək üçün əlləri ilə boğazından tutaraq, onu yerdə boğub. Həmin vaxt artıq uşağın atası-anası onun axtarışına başlayıblar, ərazini gəzməklə, onu səsləyiblər. 
Qatil isə qızı xalçaya bükərək, axşamın düşməsini gözləyib və özü də küçəyə çıxaraq, digər qonşular kimi güya uşağı axtarmağa başlayıb. Onun məqsədi gecə hamı yatandan sonra qızı həyətdə basdırmaq olub. 

Məhkəmə prosesində Yakov Çernov ittiham üzrə özünü təqsili hesab edib və ona ən ağır cəza verilməsini xahiş edib. 

Məhkəmənin hökmü təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ