RU
Pirəkəşküldə döyüş sursatları məhv ediləcək
10:00
28

Pirəkəşküldə döyüş sursatları məhv ediləcək

İstismar müddəti başa çatmış və istifadəyə yararsız vəziyyətə düşmüş döyüş sursatlarının təhlükəsizlik qaydalarına uyğun şəkildə məhv edilməsi məqsədilə iyunun 22-dən 25-dək Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda müvafiq tədbirlər həyata keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, qeyd olunan günlərdə eşidilə biləcək partlayış səsləri ilə əlaqədar vətəndaşlardan narahat olmamaları xahiş edilir. Nazirlik bunun üçün heç bir təşvişə əsas olmadığını vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ