RU
Pirotexniki vasitələr, mobil telefonlar və aksesuarları aşkarlanıb
11:10
289

Pirotexniki vasitələr, mobil telefonlar və aksesuarları aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları 3 fakt üzrə pirotexniki vasitələrin, mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Belə ki, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-21099", "Opel Astra" və "Opel Vectra" markalı avtomobillərlə gələn Azərbaycan Respublikası vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Avtomobillərə gömrük baxışı zamanı isə minik maşınının gizli saxlanc yerlərindən, ümumilikdə 2808 ədəd pirotexniki vasitələr, 2 ədəd "İpone 11 Pro Max" markalı mobil telefon və qulaqlıq, 11 ədəd mobil telefon üçün qutu aksesuarları ilə birlikdə aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ