RU
Pirşağıda dənizdə batan şəxsin meyiti tapıldı - Yenilənib
00:20
1314

Pirşağıda dənizdə batan şəxsin meyiti tapıldı - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

7NEWS.Az xəbər verir ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

***

Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1988-ci il təvəllüdlü Xankişiyev Xəyal Bəymirzə oğlunun axtarışları başa çatıb. X.Xankişiyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ