Bir müddət öncə Yaponiyada, Londonda yaradılan pişik kafeleri haqda sizə məlumat vermişdik.
Bu iaşə obyektlərinin yaradılmasında əsas məqsəd, insanların pişiklərlə oynayaraq mənfi enerjidən, pis fikirlərdən uzaq olmalarını, eyni zamanda pişiklərin özlərini daha rahat hiss etmələrini təmin etməkdir.
Artiq pişik kafelerinin sırasına biri də əlavə olunub. Kanadanın Toronto şəhərində fəaliyyət göstərən bu kafe, həftə içi hər gün saat 10-dan axşam 8-dək işləyir. Kafeyə gələn heyvanlara yeməklərlə yanaşı bəzi içkilər də təklif olunur. Menyu üçün isə cəmi 8 dollar ödəmək kifayət edir. Əlavə olaraq pişiklər üçün hovuz əyləncəsi də xidmət siyahısına daxildir.
Qeyd edək ki, kafe istifadəyə verildiyi ilk gündən böyük marağa səbəb olub və demək olar ki, hər gün müştərilərlə dolu olur. Gələcəkdə bu cür kafelərin Kanadanın digər şəhərlərində də yaradılması planlaşdırılır./atv
7news.az








