RU
Pişiyə təpik vuraraq şikəst etdi - VİDEO
12:50
268

Pişiyə təpik vuraraq şikəst etdi - VİDEO

İsrailin Eylat şəhərində yerləşən kafelərdən birində xoşagəlməz hadisə baş verib.

"MIG News” xəbər verir ki, müştərilərdən biri, arada gəzən pişiyə təpik ilişdirib.

Sonra isə həmin şəxs heç nə olmamış kimi yerinə oturaraq, yemək yeməyinə davam edib.

Pişik zərbədən sonra sağ qalsa da, ağır xəsarətlər alıb.

Baytar klinikasına çatdırılan pişiyin başının əzildiyi və ayaqlarından birinin sındığı təsbit edilib.

Qeyd etmək lazımdır ki, həmin qəddar şəxs artıq polis tərəfindən saxlanılıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ