RU
Pişiyi bankada bağladı - Polisə düşdü
15:00
343

Pişiyi bankada bağladı - Polisə düşdü

Ukraynanın Lvov vilayətinin sakini pişik balasını bankada bağlayaraq "İnstagram"da video paylaşıb.

7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə bölgənin polis idarəsinin saytında məlumat verilib.

 
Belə ki, video internetdə müzakirə olunduqdan sonra polisin diqqətini cəlb edib. Həmin şəxsin ad və yaşayış yeri müəyyən edildikdən sonra heyvanlara amansız münasibəti ilə bağlı ona qarşı cinayət işi açılıb. Cinayətkarı üç ilədək həbs cəzası gözləyir.

Videonun müəllifi həmin görüntüləri artıq hesabından silib və bankadan çıxardığı pişiyin yeni videosunu paylaşıb. Öncəki videonu o, zarafat adlandırıb və bankanın əslində bağlı olmadığını qeyd edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ