RU
Pişiyin ruhu müşahidə kamerasına düşdü - VİDEO
16:20
665

Pişiyin ruhu müşahidə kamerasına düşdü - VİDEO

İngiltərənin 53 yaşlı sakini Culyet Berd müşahidə kamerasında pişiyin ruhunun düşdüyünə əmindir.

7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.

Heyrətamiz görüntülər iyulun 13-də qeydə alınıb.

Evinin arxa hissəsini çəkən videoda "Topsi" ləqəbli pişiyinin arxasıyca qəfildən peyda olan boz rəngdə pişik kölgəsinin getdiyi aydın şəkildə görünür. Culyet bunun pişiyinin bir neçə ay öncə ölən "dostu" olduğunu düşünüb. Belə düşüncənin absurd olduğunu bilsə də, qadın gördüklərinə başqa açıqlama tapa bilməyib.

İnternet istifadəçilərinin bəziləri hadisənin həm kədərli, həm də heyrətamiz olduğunu düşünür, digərləri görüntüləri çəkilişin keyfiyyətsiz olmasıyla açıqlayır. Bəziləri isə ikinci pişiyin real olduğunu, sadəcə rənginə görə yaxşı görünmədiyini iddia edir.
 



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ