RU
Piyadanı vuraraq öldürən sürücü saxlanıldı
12:30
632

Piyadanı vuraraq öldürən sürücü saxlanıldı

Bakı-Qazax avtomobil yolunda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon Ləki kənd ərazisindən keçən hissəsində 50-55 yaşlı kişi piyada, Gürcüstan respublikası Marneuli şəhər Aşağı Karal kənd sakini, 1982-ci il təvəllüdlü Samir Xudayar oğlu Rəhimovun idarə etdiyi "Mercedes-Benz Vito" markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində dünyasını dəyişib. Sürücü isə polis tərəfindən saxlanılıb. Hazırda ölən piyadanın kimliyi araşdırılır.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır./report
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ