Türkiyənin əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu avtomobilinə atəş açanlar PKK terror təşkilatının üzvləridir.
7News.Az xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) Artvindən seçilən millət vəkili İsrafil Kışla bildirib. Onun sözlərinə görə, hadisə PKK tərəfindən törədilib: “Aylardır 5 nəfərlik PKK-lı qrup axtarışdaydı. Ehtimal ki, onlar ediblər”.
Türkiyə mətbuatında qeyd olunub ki, terrorçular Kamal Kılıçdaroğlunun avtomobil karvanını qumbaraatanla atəşə tutmaq istəyib. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri K. Kılıçdaroğlunu zirehli texnikaya əyləşdirərək onu ərazidən uzaqlaşdırıblar. Terrorçularla atışmada 3 əsgər yaralanıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olaydan bir qədər sonra Kamal Kılıçdaroğluna telefon açaraq onunla danışıb.








