Türkiyənin Giresun vilayətinin Güce rayonunda PKK-çılar jandarma binasına atəş açıblar.
Silahlı hücum nəticəsində 4 nəfər yaralanıb. Hadisə ilə bağlı Giresun valisi Hasan Karahan məlumat verib.
H.Karahan bildirib ki, türk əsgərləri də PKK-çılara cavab atəşi açıblar: "Cavab atəşindən sonra terrorçular sağ-sola atəş açmağa başladı. Yaxınlıqda məktəbin həyətində nikah mərasimi vardı. Yaralananlar da toya gələnlər idi".
Giresun valisi qeyd edib ki, yaralılar dərhal xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətləri normaldır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz./day
7news.az








