RU
PKK-çıların növbəti hücumu
12:11
1883

PKK-çıların növbəti hücumu

PKK terrorçuları Türkiyənin Bitlis vilayətində jandarma məntəqəsinə hücum edib.

7News.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, asayiş keşikçiləri Bitlis-Diyarbakır yolunda yerləşən məntəqəni iriçaplı silahlardan atəşə tutub. 

Terrorçularla atışma zamanı 1 polis əməkdaşı yaralanıb.

Bundan başqa PKK terrorçuları Hakkari vilayətində ərazini yoxlayan əsgərlərə hücum edib. Nəticədə 8 hərbçi şəhid olub. Türkiyə ordusunun cavab əməliyyatı zamanı isə 35 PKK-çı öldürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ