RU
PKK-çıların yaraladığı icra başçısı öldü
11:23
454

PKK-çıların yaraladığı icra başçısı öldü

Ötən gün PKK terrorçularının Türkiyənin Mardin vilayətinin Derik rayonuna etdiyi hücum nəticəsində xəsarət alan icra başçısı Məhəmməd Fatih Safitürk bu gün yerləşdirildiyi Ankara xəstəxanasında keçinib.

 

7News.Az "Habertürk”-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan digər iki nəfərin vəziyyəti isə qənaətbəxşdir. 

Qeyd edək ki, ötən gün PKK terrorçuları Türkiyənin Mardin vilayətinin Derik rayonunda yerli icra orqanına məxsus inzibati binaya raket atıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ