PKK terror təşkilatı öldürdüyü uşaqlara görə üzr istəyib.
Bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.
Məlumata görə, Diyarbəkirin Çinar bölgəsindəki polis mərkəzində qarşısında bomba yüklənmiş maşının partladılmasını PKK-nın silahlı qanadı HPG öz üzərinə götürüb.
HPG-nin yazılı açıqlamasında "Ölən vətəndaşlar və uşaqlara görə təəssüf hissi keçiririk" sözləri yer alıb.
Açıqlamada həmin hücumun PKK-nın Van şəhərində öldürülən 12 üzvünün intiqamını almaq üçün təşkil olunduğunu da qeyd ediblər.
Xatırladaq ki, S.Dəmirtaş ölən vətəndaşlar və uşaqlara görə məsul şəxslərin üzr istəməli olduqlarını bildirmişdi./musavat
7news.az








