Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
Onun sözlərinə görə, Ermənistan PKK terrorçularına pasport verir: "PKK terrorçuları başda Avropa olmaqla müxtəlif ölkələrə Ermənistan pasportu ilə səyahət edirlər. Hətta Ermənistanın PKK-ya kvota ayırdığı və hər ay 50 PKK-çıya viza verdiyi haqda məlumatlar hesabatlarda yer alıb. Bu məsələdə ən fəal yer Ermənistanın Parisdəki səfirliyidir. PKK-ya pul və tibbi xidmətlər də buradan təmin edilir”.
G.Gülbey qeyd edib ki, PKK liderlərindən Murat Karayılanın istifadə etdiyi telefon Ermənistan Xarici İşlər Nazirliyinin balansına aiddir.
"Bu, Ermənistan-PKK işbirliyini sübut edən əsas faktlardan biridir”, - deyə o bildirib./publika
7news.Az








