PKK-nın ən mühüm terrorçularından olan Yaqub Akana cinayət işi açılıb.
Diyarbəkirin Sur və Silvan qəsəbələrində terror törədən "Dərviş” kod adlı Akanın 11 cinayətdə əli olduğu ehtimal edilir.
Diyarbəkir Prokurorluğu Yaqub Akkanı dövlətin bütövlüyünü pozmaq, terror təşkilatına üzv olmaq, adam öldürmək və təhlükəli maddələri icazəsiz saxlamaqda ittiham edir.
Əgər terrorçunun bu cinayətləri sübuta yetirilsə, o, 472 il həbs cəzasına məhkum ediləcək.
7News.az








