PKK terror təşkilatı Türkiyənin 4 vilayətində təxribat törədib.
Terrorçuların Hakkari şəhərinin Şemdinli vilayətinin Təkəli kəndi yaxınlığında yola öncədən yerləşdirdiyi mina hərbi maşın keçərkən partlayıb. Hadisə nəticəsində 1 əsgər şəhid olub, 3 əsgər yaralanıb.
Van şəhərinin Başkale vilayətində PKK-nın təxribatı nəticəsində 2-si ağır olmaqla 8 əsgər xəsarət alıb.
Adıyamanda baş verən atışmada 1 əsgər yaralanıb.
Terrorçuların Diyarbəkirdə təşkil etdiyi hücumda isə 3 əsgər şəhid olub, 3 əsgər yaralanıb.
Bölgələrdə PKK-nın zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır./qafqazinfo
7news.Az








