Neftin nəqli dayandırılıb.
PKK terrorçuları İraqda Kərkük-Yumurtalıq neft boru kəmərini partladıblar.
Agentliyin məlumatına görə, partlayışdan sonra boru kəmər ilə İraqdan Türkiyəyə neftin nəqli dayandırılıb.
Keçən ilin iyul ayında PKK Türkiyədə Kərkük-Yumurtalıq neft boru kəmərini partlatmışdı.
Bu boru kəməri vasitəsilə Türkiyəyə İraqdan neft nəql edilir.
986 km uzunluğu olan ilk neft kəmərinin birinci qolu 1977-ci ildə, 890 km uzunluğu olan ikinci qolu isə 1987-ci ildə inşa edilib./oxu
7news.Az








