RU
PKK təşkilatı İŞİD əsirlərini təhvil verdi
13:30
934

PKK təşkilatı İŞİD əsirlərini təhvil verdi

İngiltərə mətbuatı PKK və İŞİD terror təşkilatları arasında növbəti danışıqlara start verildiyini yazıb.

7news.Az NTV-yə istinadən xəbər verir ki, danışıqlarda YPG və PKK-nın Rəqqa və Deyr əz-Zor əməliyyatları nəticəsində ələ keçirdiyi İŞİD əsirlərinin geri qaytarılması barədə razılıq əldə edilib.

Təhvil verilən terrorçular arasında alman və fransız vətəndaşlarının olduğu bildirilir. Hazırda PKK-nın əlində 3 ingilis əsirin daha qaldığı qeyd edilib.

Qeyd edək ki, bundan öncə YPG/PKK və İŞİD əsirlərin dəyişdirilməsi istiqamətində 3 dəfə razılıq əldə ediblər. Fevralda 200-ə yaxın, apreldə isə 40-a yaxın İŞİD terrorçusu təhvil verilmişdi.

Sonuncu dəfə isə 6 iyunda terrorçuların ailələri geri qaytarılmışdı.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ